Vəkil bildirib ki, istintaq müddətinin daha 2 ay artırılmasına etiraz olaraq vəsatət verilmişdir
/Aran Agentliyi
HaqqYolu - Vəkil Anar Qasımlının verdiyi məlumata görə, ötən gün baş redaktor Nicat Əliyevin Bakı Apellyasiya Məhkəməsində işinə baxılıb. Vəkil bildirib ki, istintaq müddətinin daha 2 ay artırılmasına etiraz olaraq vəsatət verilmişdir. Saat 17:00-da başlayan qapalı məhkəmə prosesində Nicat Əliyev özü iştirak etməyib. Vəkil tərəfindən qaldırılan vəsatət isə təmin edilməyib. Bundan başqa Anar Qasımlı bildirib ki, jurnalist Nicat Əliyevlə bağlı qaldırılmış digər vəsatətlərə hələ də cavab verilməyib. Bu vəsatətlər vəkilin iştirakı ilə baş redaktordan yenidən ifadəsinin alınması və şəxsi avtomobillə 900 manat pulun qaytarılmasıdır.
Qeyd edək ki, Nicat Əliyev 3 ay istintaq təcridxanasında saxlanmasına baxmayaraq, daha 2 ay istintaq müddəti əlavə edilmişdir.(azadxeber)