Tarix : 2012 Aug 24
Kod 32248

Yeni Müsavat İ.Əliyevin Tehran Sammitində iştirakla bağlı qərarından narazı qalıb

Tehranda Qoşulmama Hərəkatının 16-cı Zirvə Toplantısında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin iştirak edəcəyi haqda etibarlı xəbərlərin yayılması
/Aran Agentliyi

Tehranda Qoşulmama Hərəkatının 16-cı Zirvə Toplantısında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin iştirak edəcəyi haqda etibarlı xəbərlərin yayılması, Tehranla Bakı arasındakı dostluq əlaqələrinə qarşı olan bəzi dairələr və mediaların narazılığına səbəb olub.

Daim Tehranla Bakı arasındakı dostluq münasibətlərini zəhərləməyə çalışan Yeni Müsavat qəzeti özünün yeni sayında rəsmi mənbələrə istinad etmədən, kənar məsələləri ortaya atmaqla Azərbaycan Respublikası prezidentinin Qoşulmama Hərəkatının Tehran Sammitində iştirak etməyəcəyini iddia edib.

Bu qəzet İlham Əliyevin Bişkekdə Türkdilli Ölkələrin Sammitində də iştirak etməyəcəyinə işarə edərək, bu mövzunu da Tehran Sammiti ilə əlaqələndirməyə çalışıb və Qoşulmama Hərəkatının ümumiyyətlə bir anti-Amerika təşkilatı adlandırıb.

Yeni Müsavat qəzetinin iddiası elə bir haldadır ki, İranın Mehr Xəbər Agentliyi məlumatlı və etibarlı mənbələrə istinad edərək, Tehranda Bloklara Qoşulmayan Ölkələr Hərəkatının Zirvə Toplantısında Azərbaycan Respublikası prezidentinin iştirak etməsinin qətiləşməsindən xəbər verib.

 

Bu məlumata əsasən Azərbaycan Respublikası prezidentinin Qoşulmama Hərəkatının Tehran Sammitində iştirak etməsi müqabilində, İran İslam Respublikası prezidenti də oktyabr ayında ECO-nun Bakıda keçiriləcək Zirvə Toplantısında iştirak edəcəkdir.

Avqustun 26-da Tehranda keçiriləcək Qoşulmama Hərəkatının Sammitində indiyə qədər 50-dən çox prezident və dövlət başçısı habelə, BMT baş katibi Ban-ki Mun-un iştirak etməsi qətiləşib.

Siyasi müşahidəçilər Azərbaycan Respublikası prezidentinin Tehran Sammitində iştirak etməsinin, Rəsmi Bakının regional mövqeyinin gücləndirilməsinə yardım edəcəyi qənaətindədirlər.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Aug 24