İranın Bakıdakı Səfirliyinin mətbuat nümayəndəsi Niyus-Uan internet portalına verdiyi açıqlamada deyib ki...
/Aran Agentliyi
İranın Bakıdakı Səfirliyinin mətbuat nümayəndəsi Niyus-Uan internet portalına verdiyi açıqlamada deyib ki, Azərbaycan Respublikası vətəndaşları avqustun 31-dən etibarən İrana vizasız səfər etmək imkanına malik olacaqlar.
Abbas İsgəndəri deyib: ”Azərbaycan Respublikası vətəndaşlarına müvəqqəti viza rejimi avqustun 26-da Tehranda keçiriləcəyi qərara alınmış Bloklara Qoşulmayan Ölkələr Hərəkatının Sammit İclasına görə avqustun 6-dan 31-dək tətbiq olunub.
İsgəndəri İran İslam Respublikasının yeni səfirinin Bakıya nə vaxt gələcəyi barədə verilən suala cavabda bu barədə məlumatlı olmadığını bildirərək, deyib: ”Yeni səfir öz səlahiyyətlərini yerinə yetirməyə başlayan kimi bu barə də informasiya veriləcək”.