Tarix : 2012 Aug 24
Kod 32250

İran və AR xarici işlər nazirlərinin müavinləri görüşüblər

İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi ötən aprel ayında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun Tehrana səfərinə ...
/Aran Agentliyi

İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi ötən aprel ayında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun Tehrana səfərinə cavab olaraq və İranla Azərbaycan Respublikası arasındakı əlaqələrin genişləndiriləsi yolları araşdırılması məqsədilə bu gün cümə Bakıya daxil olub.

İran və Azərbaycan Respublikası xarici işlər nazirlərinin müavinləri Seyid Abbas Əraqçi və Xələf Xələfov bu gün Bakıda iki ölkə əlaqələrinin genişləndirilməsi yollarını araşdırıblar.

Bu görüşdə tərəflər iki ölkənin ortaqlıqları və mənafelərini bağlayan nöqtələrə işarə edərək, İranla Azərbaycan Respublikası arasındakı əlaqələrin genişləndirilməsini, iki ölkənin və regionun xeyrinə olduğunu bildiriblər.

İranın xarici işlər nazirinin müavininin Bakı səfərinin iyulun 27-də keçiriləcəyi qərara alınmışdı amma iki ölkənin məsul şəxslərinin sıx iş proqramlarına görə təxirə salınmışdı.

 

  • Yazılıb
  • da (də) 2012 Aug 24