Bu gün Bakıda İranın xarici işlər nazirinin müavini və Azərbaycan Respublikasının xarici işlər naziri görüşərək, əcnəbilərin iki ölkən əlaqələrinin ...
/Aran Agentliyi
Bu gün Bakıda İranın xarici işlər nazirinin müavini və Azərbaycan Respublikasının xarici işlər naziri görüşərək, əcnəbilərin iki ölkən əlaqələrinin genişlənməsinə müdaxilə etmələrinə icazənin verilməməsi zərurətinə təkid edib, iki ölkənin ortaqlıqları və mənafelərinə əsasən əlaqələrin genişləndirilməsinə təkid ediblər.
İRİB-nin verdiyi məlumata görə görüş zamanı Tehranla Bakı arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi yolları araşdırıldı və iki ölkə arasındakı siyasi danışıqların hər 3 aydan bir keçirilməsi haqda razılıq əldə edildi.
Həmçinin İranla Azərbaycan Respublikası arasında Müştərək İqtisadi Komissiyanın tez bir zamanda Bakıda iclas keçirməsi haqda razılıq əldə edildi.
Bu məlumata görə İranın xarici işlər nazirinin müavini İranda həbs edilmiş iki Azərbaycan Respublikası vətəndaşı barədə deyib: Onların ittihamları şübhəli, qeyri-normal və qeyri-qanuni hərəkətlər həyata keçirməkdir. Biz bu mövzunun detallarını azəri dostlarımıza bildirmişik və onlar da qane olublar. Onların işi məhkəmədə qanuni prosedurasını arxada qoymaqdadır. Həmçinin bu iki nəfərin öz valideynləri və Azərbaycan Respublikasının konsulluq məsul şəxsləri ilə görüşmələri üçün şərait yaranıbdır.
İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bu gün səhər Bakıya daxil olaraq, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovla da görüşüb, müzakirələr aparıb.