/Aran Agentliyi
HaqqYolu - "Onlar şeir məclisindən başqa hər yerdə olublar", - nazir müavini deyib.
İran tərəfi azərbaycanlı şairlərin məhkəmə prosesinin qanun çərçivəsində keçirilməsində maraqlıdır.
Bunu İran xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Abbas Ərəqçi bildirib.
O deyib: “Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə bugünki görüş zamanı narazıçılıqların aradan qaldırılması və münasibətlərdə yeni səhifənin açılması barədə qərar qəbul olunub. Azərbaycan şairləri qanunsuz hərəkətlərinə görə saxlanılıblar. Mən bunu nazirin nəzərinə çatdırdım və onu maraqlandıran suallara cavab verdim. Müzakirələrdən sonra Azərbaycan tərəfi şairlərin İran ərazisində fəaliyyətlərinin qanunsuz olduğunu etiraf edib.
Diplomat hazırda şairlərin işi ilə bağlı məhkəmə qərarını gözlədiklərini bildirib: “Hər bir cinayət işinə baxış qanuna uyğun şəkildə aparılmalı və heç kim qanundan kənar qaça bilməz. İran dövləti məhkəmə prosesinin qanun çərçivəsini istəyir və buna yardım göstərməyə çalışır”.
A.Ərəqçinin sözlərinə görə, İran tərəfi saxlanılan şəxslərin Azərbaycanın baş konsulluğunun nümayəndələri və qohumları ilə görüşmək üçün şərait yaradıb. O, şairlərin qanunsuz hətəkətlərindən biri kimi, onların şer festivalında iştirak etməmələrini göstərib.
Bildirək ki, poeziya festivalında iştirak etmək üçün bu il aprelin 29-da İrana getmiş gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunublar.