İranın ölkəmizə yeni təyin olunmuş səfirinin Azərbaycana gəlmə vaxtı məlum olub
/Aran Agentliyi
HaqqYolu - İranın ölkəmizə yeni təyin olunmuş səfirinin Azərbaycana gəlmə vaxtı məlum olub.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri məlumat verib ki, səfir Möhsin Pak Ayin yaxın həftə ərzində Bakıya gəlməsi planlaşdırılır. Yeni səfir bundan əvvəl İranın Tailandda, Özbəkistanda və Zambiyada fövqəladə və səlahiyyətli səfiri işləyib.
O, Davud Çərminin İranın Azərbaycandakı səfirliyində səfirin müavini və müvəqqəti işlər üzrə vəkil kimi işə başlayacağını da təsdiqləyib.
Xatırladaq ki, İranın bundan əvvəlki səfiri Məhəmmədbaqir Bəhraminin cari ilin iyununda missyası başa çatırıb. (SalamNews)