Tarix : 2012 Aug 25
Kod 32274

Bəşşar Əsəd hakimiyyətdən getməyəcək

Suriyanın rabitə və informasiya Naziri bildirib ki, Bəşşar Əsəd hakimiyyətdən getməyəcək
/Aran Agentliyi

Suriyanın rabitə və informasiya Naziri bildirib ki, Bəşşar Əsəd hakimiyyətdən getməyəcək.

İmran əl-Zəbi bu gün Amerikanın Səva radiosu ilə müsahibədə deyib: Suriya prezidenti ictimai bazaya malik olduğu və xalq tərəfindən sevildiyi üçün hakimiyyətdən getməyəcək və müxalifətin Əsədin hakimiyyətdən getməsi haqdakı söz-söhbəti şayiədən başqa bir şey deyil.

Əl-Zəbi deyib: Əsədin hakimiyyətdən getməsi məsələsi Suriya xalqına aid olan bir məsələdir və bu haqda qərar da Suriya xalqı tərəfindən qəbul olunmalıdır.

Suriyanın rabitə və informasiya naziri həmçinin bildirib: Ölkənin siyasi taleyinin müəyyən edilməsi üçün yeganə yol seçkilərdir və xalq seçkilərdə iştirak etməklə bu haqda öz seçimini edə bilər.

  • Yazılıb
  • da (də) 2012 Aug 25