Tarix : 2012 Aug 25
Kod 32275

MÜSAVAT VƏ AİP 17 PARTİYANIN İŞTİRAK ETDİYİ TƏDBİRƏ NİYƏ QATILMAYIB?

Dünən 17 siyasi partiyanın iştirakı ilə müxalifət qüvvələrinin görüşü keçirilib
/Aran Agentliyi

Dünən 17 siyasi partiyanın iştirakı ilə müxalifət qüvvələrinin görüşü keçirilib

Görüş zamanı Demokratik Qüvvələrin Məşvərət Məclisi yaradılıb. Lakin tədbirdə ölkənin aparıcı partiyalarından olan Müsavat və AİP iştirak etmirdi. AMİP sədri Yusif Bağırzadə FaktXeber.com-açıqlama verərkən bildirdi ki, adı çəkilən partiyalara dəvət göndərilməsinə baxmayaraq, onlar özləri tədbirə qatılmayıblar. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə tədbirə şəxsi dəvət aldığını bildirdi: “Məni telefon vasitəsilə fərdi şəkildə tədbirə dəvət etmişdilər. Lakin rayonda olduğuma görə bildirdim ki, tədbirə qatıla bilməyəcəm və bununla bağlı partiya rəhbərliyinə müraciət edin. Amma tədbir təşkilatçılarının məndən sonra partiyaya müraciət etdikləri haqqında hər hansı bir məlumatım yoxdur.”

AİP-in sədr müavini Rövşən Əhmədli isə tədbirlə bağlı hər hansı bir dəvət almadıqlarını bildirdi. Faktxeber.com

  • Yazılıb
  • da (də) 2012 Aug 25