Qoşulmama Hərəkatına üzv ölkələrin ekspertlər iclası bazar günü 100-dən artıq ölkənin nümayəndə heyətinin iştirakı ilə Tehranda işə başlayacaq
/Aran Agentliyi
Qoşulmama Hərəkatına üzv ölkələrin ekspertlər iclası bazar günü 100-dən artıq ölkənin nümayəndə heyətinin iştirakı ilə Tehranda işə başlayacaq.
Ekspertlər səviyyəsində keçiriləcək iclas 2 gün davam edəcək. Avqustun 28-i və 29-da keçiriləcək bu iclas xarici işlər nazirləri müavinlərinin iştirakı ilə baş tutacaq. Bu iclasın ardınca Avqustun 30-da Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Zirvə Toplantısında iştirak edəcək ölkə başçıları Beynəlxalq Arena tarixində ən həssas bir dönəmdə bu hərəkatın dünya hadisələrindəki təsirli rolunu araşdıracaqlar.
BMT-nin hazırkı quruluşuna dəyişikliklərin edilməzi zərurəti, dünyada sülh və sabitliyin bərqərar edilməsi, ölkələrin hakimiyyət və ərazi bütövlüyü haqlarının qorunması, ölkələrin digər ölkələrin daxili işlərinə müdaxilədən çəkinmələri, beynəlxalq və regionala məsələlər, ictimai, mədəni, ekoloji və iqtisadi məsələlər Tehran iclasında diqqət mərkəzində saxlanılacaq əsas mövzulardırlar.
Tehran iclasının əsas özəlliklərindən biri Qoşulmama Hərəkatına üzv ölkələrin iqtisadi məsələlərinə və iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət göstərməsidir. Qoşulmama Hərəkatı, üzv ölkələrin sayının çoxluğu baxımından dünya ölkələrinin üçdə ikisini özünə aid edib. Lakin, bu ölkələrin dünyanın ümum daxili istehsalındakı payı yalnız 20%-dir.
Bu hərəkata üzv ölkələrin çoxu ötən illər ərzində son dərəcə yaxşı iqtisadi inkişaf göstəricisinə malik olan inkişaf etməkdə olan ölkələrdirlər. O cümlədən İran, Hindistan, İndoneziya və Cənubi Afrikanın iqtisadi baxımdan inkişaf etməsi, hərəkatın dünya iqtisadiyyatındakı çəkisini artırıb.
Qoşulmama Hərəkatına üzv ölkələrin enerji ehtiyatları da kifayət qədər genişdir. Qoşulmama Hərəkatının üzvləri gündəlik olaraq 35 milyon barel neft ixrac edirlər. Bu da dünyanın neft bazarının 57%-in təşkil edir.
Buna görə də Qoşulmama Hərəkatının 16-cı Tehran sammitinin baş katibinin bildirdiyinə görə, Tehran iclasında iqtisadi məsələlərin diqqət mərkəzində saxlanılmasını nəzərə alaraq, bu iclasa 300 səhifəlik iqtisadi sənəd təqdim edilib.
Məhəmməd Mehdi Axundzadənin dediyinə görə, birtərəfli sanksiyalar və bəzi ölkələrin qanundan kənar hərəkətləri ilə mübarizə aparmaq habelə, nüvə silahlarının məhvi üzrə yeni konvensiya təsdiq etmək İranın bu sənəddə irəli sürdüyü təkliflərdəndir.
Digər tərəfdən region və dünyada cərəyan edən mühüm hadisələri nəzərə alaraq, siyasi məsələlər Tehran iclasının əsas mehvərini təşkil edir. Hazırkı şəraitdə Yaxın Şərq olayları xüsusilə də Suriya hadisələri region və dünyanın mühüm siyasi gündəmi sayılır.
İran İslam Respublikası bildirib ki, Tehran sammitində Suriya böhranının həlli üzrə İranın təklif layihəsi iclas iştirakçılarının diqqətinə çatdırılacaq və bu istiqamətdə fikir mübadilələri aparılacaq.
İranın xarici işlər naziri Əli Əkbər Salehinin dediyinə görə, Tehranın təklif layihəsinin əsasını Suriya böhranına son qoya biləcək və Suriya hökuməti ilə müxalifləri arasında anlaşmaya gətirib çıxaracaq məntiqli və prinsipial tədbirlər təşkil edir.
Ə.Salehi həmçinin, bu məsələdə Misirin Suriya böhranının həllindəki təşəbbüskarlığını nəzərə alaraq, bu ölkənin xarici işlər naziri ilə danışıqlarda Suriya hadisələrini nəzərdən keçirib.
Axundzadənin dediyinə görə, Qoşulmama Hərəkatının 16-cı Zirvə Toplantısının yekun bəyanatında ABŞ-ın Suriyaya qarşı birtərəfli addımlarının pislənilməsi və heç kəsin ölkələrin daxili məsələlərinə müdaxilə haqqına malik olmaması məsələləri öz əksini tapıb.
Ümumilikdə belə nəzərə gəlir ki, İran İslam Respublikasının Qoşulmama Hərəkatına 3 illik sədrlik dövrünün başlanması ilə İranın regional və beynəlxalq qurumların aktivləşdirilməsi üzrə təcrübələri və potensiallarını nəzərə alaraq, bu beynəlxalq hərəkat öz həyatının ən aktiv və təsirli dövrünün şahidi olmuş olacaq.