/Aran Agentliyi
Elçin Manafov: "Onlar aynada özlərini əyri görürlər"
“Xezerinfo.com”-un yaydığı məlumata görə, Azərbaycan İslam Partiyası (AİP) rəhbərliyi istefa verməyə hazırlaşır. Həmçinin mənbədə AİP-in çox çətin günlər yaşadığıda qeyd edilib. Bu məlumatın nə dərəcədə düzgün olub-olmadığını öyrənmək üçün İslaminsesi.az olaraq AİP sədr əvəzinə müraciət etdik.
Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov bu hadisələrin birinci dəfə baş vermədiyini vurğuladı. Bizim haqqımızda buna oxşar sözlər deyənlər çox olub. AİP 20 illik faəliyyəti ərzində bundan da böyük problem və böhtanlarla rast gəlib. Əgər partiya böhtan və problemlərdən zərərə uğrasaydı indiyə qədər fəaliyyət göstərə bilməzdiK. Mən belə şeyləri boş sayıram və əsl həqiqətdə bunlara əhəmiyyət vermirik. Belə insanlara da tövsiyəm budur ki, faydalı əməklə məşğul olsunlar. Sonda qeyd edim ki, Azərbaycan İslam Partiyası aynadır belələri aynada özlərini əyri görürlər.