UNİCEF, BMT-nin Əhali Fondu Azərbaycanda məktəblilərə, xüsusi ilə qızlara pulsuz prezervativ paylanmasını və ondan düzgün istifadəni öyrətməyi tələb edir
/Aran Agentliyi
UNİCEF, BMT-nin Əhali Fondu Azərbaycanda məktəblilərə, xüsusi ilə qızlara pulsuz prezervativ paylanmasını və ondan düzgün istifadəni öyrətməyi tələb edir
UNİCEF, BMT-nin Əhali Fondu və digər təşkilatlar Azərbaycanda orta məktəblərdə məktəblilərin, xüsusi ilə qızların, “seksual dünyagörüşünü yuxarı aparmaq üçün” dərslərin qoyulmasını, həmçinin pulsuz prezervativ paylanmasını və ondan düzgün istifadəni öyrətməyi, tələb edirlər. (Biz oxuculardan üzr istəyirik, amma bu sözləri yazmaq məcburiyyətindəyik. )
İndi məlum olur ki, hicab oyununun buz dağı kimi əsas hissəsi görünməyən böyük bir siyasi oyunun kiçik bir zərrəsidir? Həmçinin, Azərbaycan azsaylı ölkələrdən biridir ki, aborta rəsmi icazə verilib. Qərb təşkilatlarının səyi ilə gənclərin evlənmə yaş həddi yuxarı aparılır. Utanmaz bir şəkildə ölkədə boşanmaları yaş həddi ilə bağlamağa çalışırlar. Hətta, məsələyə elmi don geydirmək üçün Qərbin diktə etdiyi “statistik məlumatlar” mətbuat vasitələrimizi bəzəməkdədir. Halbuki, bir çox xarıcı ölkələrdə evlənmə yaş həddi bizdən aşağıdır. Misal üçün bəzi ölkələrin siyahisini aşağıda sizlərə təqdim edirik:
İngiltərə- qadinlar üçün 16, kişilər üçün 16 yaş
Yunanıstan-qadinlar üçün 14, kişilər üçün 18 yaş
Macarıstan- qadinlar üçün 14, kişilər üçün 14 yaş
İrlandiya, Benesuyela, Uruqvay, Boliviya, Kolumbiya- qadinlar üçün 12, kişilər üçün 14 yaş
İtaliya, Portuqaliya, Meksika- qadinlar üçün 14, kişilər üçün 16 yaş
Yaponiyada- qadinlar üçün 16, kişilər üçün 18 yaş
Qeyd edək ki, Azərbaycanda qızların ailə qurması üçün yaş həddinin artırılmasını tələb edən UNİCEF-in rəhbəri M. Gervarddan soruşanda ki, bu tələb ölkədə demokratik vəziyyəti yaxşılaşdırar, yoxsa pisləşdirər? O, cavab verməkdən imtina etmişdi.
(Beynəlxalq informasiya agentliyi “Xəbərlər-Azərbaycan”-a əsasən)
Orxan Məmmədov