Tarix : 2012 Aug 25
Kod 32279

“İslamçılar” şer festivalına əsər göndərilməsinin müddəti uzadıldı

“İslamçılar” şer festivalına əsər göndərilməsinin vaxtı uzadıldı. Maraqlananlar öz əsərlərini sentyabrın 21-nə kimi göndərə bilərlər
/Aran Agentliyi

“İslamçılar” şer festivalına əsər göndərilməsinin vaxtı uzadıldı. Maraqlananlar öz əsərlərini sentyabrın 21-nə kimi göndərə bilərlər.

AranNews - Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin ictimai əlaqələr şöbəsindən verilən məlumata əsasən, bu festival iştirak etmək istəyənlər tərəfindən geniş qarşılandığından festivalın təşkilatçıları iştirakçıların ixtiyarına daha artıq vaxt qoymaq qərarına gəliblər. Festivalın katibi Muxtar Sədr Məhəmmədi bu barədə deyib: “Əsərlərin “İslamçılar” şer festivalı katibliyinə göndərilməsinin müddəti  bir ay uzadılaraq sentyabrın 21-nə kimi oldu”.

Festivala verilən şerlərin mövzuları aşağıdakı kimi təklif olunubdur:

“Hicab və hicab qadağasına etiraz edən məhbuslar”, “Əhli-beytin (ə) Azərbaycan xalqı arasında məqamı (müqəddəs məkanlar və imamzadələrin təsirinə əsaslanmaqla)”, “Qarabağ, İslamın canı”, “Xomeyniçilər”, “Qürbətdə mücahidlik”, “Məhərrəm və Aşura Azərbaycanda”, “İslamçılar hərəkatının rəhbərləri (Şeyx şəhid Əbdül-ğəni Badkubeyidən hacı Əlikram və doktor Səmədova qədər)”, “Azərbaycan İslam hərəkatının şəhidləri”, “Anti-israilizm Azərbaycanda”, “İslam İnqilabının Azərbaycan xalqına təsiri”.

Bu festival müsəlman incəsənət xadimlərinin Azərbaycan Respublikasındakı bacı-qardaşları ilə həmdərd olmalarıdır.

“İslamçılar” şer festivalının mükafatları: Birinci yerlər: festivalın rəmzi mücəssəməsi, təşəkkür lövhəsi və 4 milyon rial. İkinci yerlər: festivalın rəmzi mücəssəməsi, təşəkkür lövhəsi və 3,500 min rial. Üçüncü yerlər: festivalın rəmzi mücəssəməsi, təşəkkür lövhəsi və 3 milyon rialdır.

Şairlər öz əsərlərini festivalın “Təbriz, Hafiz xiyabanı, Hafiz dördyolu kəsişməsinə çatmamış, Şəhid Fazili küçəsi, 26”da yerləşən katibliyinə göndərə bilərlər. Maraqlananlar daha ətraflı məlumat üçün “islamchilar.com” saytına müraciət edə bilərlər.

  • Yazılıb
  • da (də) 2012 Aug 25