Ermənistan dövləti və Qarabağda yaşayan ermənilər bu regionun müsəlmanlarına zülm edirlər
/Aran Agentliyi
“Ermənistan dövləti və Qarabağda yaşayan ermənilər bu regionun müsəlmanlarına zülm edirlər. Biz, Qarabağ ermənilərinin Ermənistan dövlətinin dəstəyi ilə etdikləri son hərəkətlərini pisləyirik”.
Mordad ayı bir neçə gündür ki, tamam olubdur, lakin 26 mordadda (16 avqust) Ali Məqamlı Rəhbərin zəlzələ baş vermiş bölgələrdə xalqla görüşməsinin şirinliyi zəlzələdən zərər çəkənlərin, hətta əyalətin ümumi xalqının kamından getməmişdir. Əlbəttə, hələ 72-ci ilin mordad ayının şirin xatirələri də bu xalqın yaddaşında özünə yer tutub. Mordad əcəb aydır: Azərbaycanın öz qəhrəman övladları ilə görüş ayı.
“AranNews” Ali Məqamlı Rəhbərin Təbrizin “Təxti” stadionunda çıxışının 19-cu ildönönümü münasibətilə o həzrətin çıxışına yenidən nəzər salır. Ola bilsin ki, o xoş günləri xatırladıqca bəzi həqiqətlər də aşkar olsun.
İnqilabın Böyük Rəhbəri xalq qarşısındakı çıxışında Azərbaycanı keçən bir neçə əsrdə təcavüzkarlar qarşısında İran xalqının ön cəbhəsi adlandıraraq dedi: “Qacar şahlarının zəifliyi və o zamanın siyasi və hərbi şəxslərinin ləyaqətsizliyi üzündən Gürcüstan və Qafqazın 17 şəhəri İrandan ayrıldı. Halbuki, o zaman Təbrizin qeyrətli və dilavər xalqı rusların təcavüzkar qoşunu qarşısında dayandı və əziz İranın bu bölgəsini düşmən əlindən qurtardılar”.
Həzrət Ayətullah Xamenei Təbrizi mücahidlik və fədakarlıq xatirəsi ilə dolu bir şəhər adlandırdı və Şeyx Məhəmməd Xiyabani, Səttarxan, Baqirxan, mehrab şəhidləri kimi böyük qəhrəmanları təclil etdi və Şəhriyarı Azərbaycan xalqının danışan dili adlandırdı. O artırdı: “Quran və imam övladlarının Təbrizdə İslamın mübarizə bayağını ucaltması ilə bütün Azərbaycan İnqilab və İslama xidmət etdilər”.
Həzrət Ayətullah Xamenei Azərbaycanı və Təbriz şəhərini İran xalqının İnqilab və İslamdan qırılmaz aydın bağlılıq səhnəsi adlandırdı və çıxışının digər bir hissəsində Bosniya və Herseqovina, Tacikistan və Qarabağ müsəlmanlarına qarşı edilmiş zülmlərə toxunaraq dedi: “Ermənistan dövləti və Qarabağda yaşayan ermənilər bu regionun müsəlmanlarına zülm edirlər. Biz, Qarabağ ermənilərinin Ermənistan dövlətinin dəstəyi ilə etdikləri son hərəkətlərini pisləyirik və ölkəmizdə yaşayan ermənilərdən də intizarımız budur ki, onlar da ermənilərin bu regiondakı hərəkətlərini pisləsinlər”.