Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sionist İsrail rejiminin Bakıdakı səfiri Mixail Lotem Lavon ilə xudahafizləşmə mərasimində bildirib ki...
/Aran Agentliyi
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sionist İsrail rejiminin Bakıdakı səfiri Mixail Lotem Lavon ilə xudahafizləşmə mərasimində bildirib ki, Azərbaycan Respublikası və İsrail rejimi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqların genişləndirilməsi məqsədilə Təl-Əvivə səfər edəcək.
Qafqazinfo-nun məlumatına görə, Mixali Lotem Lavon bu görüşdə Əli Abbasvou cari ilin noyabrında Təl-Əvivdə keçirilməsi qərara alınmış beynəlxalq "Kibernetik Təhlükəsizlik" sərgi-konfransda iştiraka dəvət edib.
Əli Abbasov da səfir vasitəsilə sionist həmkarını " cari ilin noyabrında Bakıda keçiriləcək "Ümumdünya İnternet Şəbəkəsinə Nəzarət Yollarının Araşdırılması" iclasında iştiraka dəvət edib.
Sionist rejim ötən 20 ildə xərçəngsayağı nüfuzu ilə Azərbaycan respublikasının rabitə və informasiya sektoruna genişləndirib. Bu rejim Bakcell mobil operator şirkətinin səhmlərinin 40%-in alaraq, Azərbaycanın rabitə və informasiya sektorundakı iştirakını möhkəmləndirib. Habelə, Azərbaycan Respublikasının bəzi mətbuat orqanları və televiziya kanallarını o cümlədən Zerkalo, Yeni Müsavat və Ekspress qəzetlərini və ANS və ATV telekanallarını öz nüfuz dairəsinə daxil edib. Hazırda isə, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları habelə, Təhsil nazirliklərində inkaredilməz nüfuza malikdir., Tehranda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı məsələlər müzakirə olunub.(SalamNews)