Tarix : 2012 Aug 26
Kod 32293

Atam üçün darıxaram axı... (Köşə yazısı)

Hacı Abgül Süleymanova hökm oxunan gün yaşanan bir olay xatirəmdə dərin iz buraxdı
/Aran Agentliyi

 

Hacı Abgül Süleymanova hökm oxunan gün yaşanan bir olay xatirəmdə dərin iz buraxdı

Əslində bunu yazmaq istəmirdim. Amma hadisəni hər dəfə xatırlayanda ürəyimi çox sıxırdı. Odur ki, siz dəyərli oxucularla paylaşmağı qərara aldım. Məhkəmənin önündə balaca bir uşaq fəxrlə dolaşırdı. Artıq məhkəmə bitmişdi. Hər kəs Hacı Abgül Süleymanova verilən 11 il həbs cəzasından danışırdı. Bu uşaq isə başını dik tutaraq sevincli bir halda idi. Arabir “həbs olunan mənim atamdı. Hər imamın adına bir il istəmişdi amma 11 il verdilər” deyərək sevinirdi.

Atasının qəhrəman olduğunu dərk edirdi. Bununla da fəxr hissi keçirirdi. Amma dərk edə bilmədiyi bir şey vardı bu balacanın. Bir kişi onun başına sığal çəkdi. “Atama 11 il həbs verdilər ” dedi balaca. Kişi köks ötürdü. “Mənim balam 11 bilirsən nə qədərdir?” “Nə qədər?” Həmin kişi acı da olsa barmaqlarının sayını göstərdi və bir dənə də əlavə dedi. Uşaq bir anlıq duruxdu. Üzündəki sevinc hissi yox oldu. Sakitcə kişinin üzünə baxıb dodaqlarından bu kəlmələri çıxartdı. “O qədər bir az çox oldu axı, atam üçün darıxaram...”

Bəxtiyar Səfa

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Aug 26