Azərbaycan Respublikası Prezident Adminstrasiyasında iki şöbə müdiri – Əli Həsənov və Elnur Aslanov arasında ziddiyyətlər daha da dərinləşib
/Aran Agentliyi
Azərbaycan Respublikası Prezident Adminstrasiyasında iki şöbə müdiri – Əli Həsənov və Elnur Aslanov arasında ziddiyyətlər daha da dərinləşib.
Bu barədə Presspost saytı xəbər verib ki, nəzarətində olan KIV-lərdə Elnur Aslanova qadağa qoyan Əli Həsənov onun kurasiya etdiyi “İrəli” Gənclər Təşkilatını hədəfə alıb.
Məlumatlara görə, son vaxtlar “Irəli” ətrafında yaranmış qalmaqal da Əli Həsənov-Elnur Aslanov duellosunun təzaühürüdür.
Əli Həsənov Elnur Aslanovun yaxın ətrafını, onun kurasiya etdiyi təşkilatları dağıdaraq öz ətrafında gənclərdən ibarət yeni qurum formalaşdırmaq istəyir və prosesi 2013-cü il prezident seçkisinə qədər yekunlaşdırmağa çalışır.
İctimai-siyasi şöbənin müdiri ehtiyat edir ki, PA rəhbəri Ramiz Mehdiyev onu Elnur Aslanovla əvəzləyə bilər.
Şöbə müdirləri arasında ziddiyyətlərin dərinləşməsi Ramiz Mehdiyevi də çıxılmaz vəziyyətdə qoyub.