Tarix : 2012 Aug 26
Kod 32296

Azərbaycan PA-nda məmur savaşı

Azərbaycan Respublikası Prezident Adminstrasiyasında iki şöbə müdiri – Əli Həsənov və Elnur Aslanov arasında ziddiyyətlər daha da dərinləşib
/Aran Agentliyi

Azərbaycan Respublikası Prezident Adminstrasiyasında iki şöbə müdiri – Əli Həsənov və Elnur Aslanov arasında ziddiyyətlər daha da dərinləşib.

Bu barədə Presspost saytı xəbər verib ki, nəzarətində olan KIV-lərdə Elnur Aslanova qadağa qoyan Əli Həsənov onun kurasiya etdiyi “İrəli” Gənclər Təşkilatını hədəfə alıb.

Məlumatlara görə, son vaxtlar “Irəli” ətrafında yaranmış qalmaqal da Əli Həsənov-Elnur Aslanov duellosunun təzaühürüdür.

Əli Həsənov Elnur Aslanovun yaxın ətrafını, onun kurasiya etdiyi təşkilatları dağıdaraq öz ətrafında gənclərdən ibarət yeni qurum formalaşdırmaq istəyir və  prosesi 2013-cü il prezident seçkisinə qədər yekunlaşdırmağa çalışır.

İctimai-siyasi şöbənin müdiri ehtiyat edir ki, PA rəhbəri Ramiz Mehdiyev onu Elnur Aslanovla əvəzləyə bilər.

Şöbə müdirləri arasında ziddiyyətlərin dərinləşməsi Ramiz Mehdiyevi də çıxılmaz vəziyyətdə qoyub.

 

 

  • Yazılıb
  • da (də) 2012 Aug 26