Tarix : 2012 Aug 27
Kod 32302

Zbiqnev Bzejinski: “İrana qarşı hərbi müdaxilə böyük faciə olacaq”

İranın uranı zənginləşdirmək haqqı tanınsa, görüşlər müvəffəqiyyətli ola bilər
/Aran Agentliyi

 

“İranın uranı zənginləşdirmək haqqı tanınsa, görüşlər müvəffəqiyyətli ola bilər”

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bjezinski deyib.O, “Strateji baxış, ABŞ və dünya liderliyi böhranı” adlı kitabında dünyadakı vəziyyətlə bağlı son fikirlərini yazıb, ABŞ-ın İraqa girməsini səhv və faciə adlandırıb.

Z. Bjezinski İrana qarşı hərbi müdaxilənin daha böyük faciə olacağını vurğulayıb: “Savaşdan başqa bir çarə qalmadı deyəcək nöqtəyə heç çatmamağımız lazımdır”.Politoloq İrana hərbi müdaxilə ilə ABŞ-ın Əfqanıstan və İraqdakı hərbi qərargahlarının da təhlükə altına düşəcəyi xəbərdarlığını edib.

Z. Bjezinski deyib ki, İranın uranı aşağı nisbətdə belə olsa zənginləşdirmək haqqı tanınmalıdır: “İranla gerçək bir görüşmə baş tutacağı təqdirdə, danışıqların müvəffəqiyyətli olması ehtimalı yüksəkdir”.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Aug 27