Tarix : 2012 Aug 27
Kod 32303

Hicaba qoyulan qadağa bidətdir

İslama bidət daxil olan zaman alimlərə vacibdir ki, öz elmlərini izhar etsinlər. Əgər bunu etməsələr Allahın və mələklərin lənəti onların üzərinə olsun
/Aran Agentliyi

Peyğəmbər(s) buyurub: “İslama bidət daxil olan zaman alimlərə vacibdir ki, öz elmlərini izhar etsinlər. Əgər bunu etməsələr Allahın və mələklərin lənəti onların üzərinə olsun”.

Evrovision mahnı müsabiqəsinə kəskin etiraz etdiyi üçün fevral ayının 17-i Cümə namazından sonra Cəlilabad rayon polisi və Milli Təhlükəsizlik Nazirliyinin Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən həbs olunan Cəlilabad rayonunun Göytəpə şəhər sakini, ruhani Hacı İlqar Əliyev Xeber44.com saytına məktub ünvanlamışdır. Həmin məktubu diqqətinizə çatdırırıq:

"Başda İmam Mehdi(ə.f) olmaqla bütün müsəlman xalqımıza və zindanda dünyasını dəyişmiş şəhidlərin ailəsinə başsağlığı deyirəm.

Din insan bədəninə bənzəyir. İnsan yaralanıb qan itirən zaman onun qana ehtiyacı olduğu kimi dinimizədə hücumlar olanda, yəni dinin zəruri hökmlərini ayaqlar altına atmaq istəyəndə dinin də qana ehtiyacı olur. Bu qan dinin qanqrupuna uyğun olmalıdır. Hacı Vaqif və Fizuli qardaşımın qanları islamın qanı ilə uyğun gəldiyi üçün Allah öz dinini yaşatmaq üçün Onların qanından istifadə etdi.

Mən Hacı Vaqiflə son dəfə may ayının 12-də Kürdəxanı təcridxanasında gorüşdüm. Biz Seyid Fəraməzin imaməti ilə, Hacı Mövsüm, Ruhullah, Dəyanət və digər dustaqlarla birlikdə cəm namazı qıldıq. Ömrümün ən gözəl namazını zindanda qıldım. Namazı qurtarandan sonra Hacı Vaqif mənim alnımdan öpüb dedi: “Mən bundan sonra bəlkədə uzağı 2 il yaşayacaqdım. Nə yaxşı oldu ki, bu 2 il ömrümü Allah yolunda sərf etdim.

Hacı Vaqif həqiqətən Mömin və Mücahid idi. O, Allah yolunda öz canındanda keçməyə hazır idi. Elə ona görə də Allah ona bu mübarək Şəhadəti qismət elədi.

Peyğəmbər(s) buyurub: “İslama bidət daxil olan zaman alimlərə vacibdir ki, öz elmlərini izhar etsinlər. Əgər bunu etməsələr Allahın və mələklərin lənəti onların üzərinə olsun”.

Bu gün Azərbaycanda İslama qoyulan qadağa , Allah kəlamını inkar etmək, Allahın haramını halal, halalını haram bilmək bidətdir. Ölkədə Hicaba qoyulan qadağa açıq-aşkar olan bidətdir. Hər nə olursa olsun hamılıqla dinimizi müdafiə etməliyik. Bu yolda nə zindan, nədə şəhadət bizi qorxutmamalıdır. Qardaşımız Hacı Abgül demişkən - “Zindan məğlubiyyət deyil”. Bizi həbs etməklə bizi məğlub edə bilməzsiniz. BİZ QALİBİK!. "

İlqar Əliyev Kürdəxanı təcridxanası

Xeber44.com

  • Yazılıb
  • da (də) 2012 Aug 27