İran xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqçi bildirib ki, İran Azərbaycanı torpaqlarının bütövlüyü mövzusunda dəstəkləyir və Ermənistanı işğalçı ölkə olaraq tanıyır
/Aran Agentliyi
İran xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqçi bildirib ki, İran Azərbaycanı torpaqlarının bütövlüyü mövzusunda dəstəkləyir və Ermənistanı işğalçı ölkə olaraq tanıyır. (yenişafak)
İran xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqçi Bakıya rəsmi səfər etmişdi. Bakıdakı səfəri zamanı Ərəqçi azərbaycanlı həmkarı Xələf Xələfovla görüşüb.
Azərbaycan və İran arasındakı qarşılıqlı əlaqələrlə bağlı mövzuların müzakirə edildiyi görüşdə Xələf Xələfov bildirib ki, Azərbaycana səfər etməmişdən qabaq Ərəqçinin İran-Azərbaycan əlaqələri ilə bağlı verdiyi müsahibə çox müsbətdir.
İran rəsmisi isə bildirib ki, Azərbaycana gəlişindən çox məmnundur. O, həmçinin İranda baş verən zəlzələ ilə bağlı Azərbaycanın göndərdiyi humanitar yardımlara görə təşəkkürünü dilə gətirib.
İranın Azərbaycanla əlaqələrini inkişaf etdirmək istədiyini bildirən Abbas Ərəqçi, İranın Azərbaycan torpaqlarının bütövlüyünü dəstəklədiyini və Ermənistanı işğalçı ölkə olaraq tanıdığını qeyd edib.
Deyerler.Org