/Aran Agentliyi
Azərbaycan Respublikasında İslami Oyanış hər an güclənməkdədir. Bunun bariz nümunəsi mübariz ruhanilərin, fəal islamçıların şərəfsizcəsinə şərlənib həbs edilməsidir. Artıq Azərbaycanda hicab hərəkatı adı ilə məşhurlaşan hərəkat ilk şəhidlərini də verib. İslam Partiyası sədrinin müavini hacı Vaqif Abdullyev ilk hicab şəhidi kimi adını tarixə yazdı.
Müqəddəs Qum şəhərinin Höccətiyyə mədrəsəsində mərhum Hacı Vaqifin anım mərasimi keçirilib. Mərasimdə Quran oxunub, çıxışlar edilib, rövzə və mərsiyə deyilib. Anım mərasiminə dünyanın müxtəlif ölkələrindən ruhani-tələbələr toplanıb. Çıxışlarda Azərbaycan ruhani və dindarlarının mübarizəsi yada salınıb, ölkədəki dini durum haqqında məlumat verilib.
Xatırladaq ki, Vaqif Abdullayev iyulun 12-də Pentensiar Xidmətin Müalicə müəssisəsində dünyasını dəyişib. Bir gün qabaq ailəsi Hacı Vaqiflə görüşmək istəsə də buna şərait yaradılmayıb.
Vaqif Abdullayev 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və saxta ittihamlar əsasında 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apellyasiya şikayəti təmin olunmayıb.
Allah rəhmət etsin.
HaqqYolu