Tarix : 2012 Aug 27
Kod 32315

Əsgərlərin ərzaqlarını satan hərbçi ifşa olunub

Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən hərbi hissəsində müdhiş cinayətin üstü açılıb. Bu barədə milaz.info portalına hərbi mənbələrdən özəl olaraq məlumat verilib
/Aran Agentliyi

Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən hərbi hissəsində müdhiş cinayətin üstü açılıb. Bu barədə milaz.info portalına hərbi mənbələrdən özəl olaraq məlumat verilib.

Məlumatda bildirilir ki, həmin hərbi hissənin ərzaq təminatında çiddi çatışmazlıqlar aşkarlanıb və bunun hərbi hissədə oğurluq olması səbəbindən ortaya çıxdığı bəlli olub.

Vəziyyətlə bağlı Müdafiə Nazirliyinə məlumat verilib və nazirlik dərhal hadisə yerinə komissiya ezam edib. Araşdırmalar nəticəsində bəlli olub ki, hərbi hissənin ərzağı - ət və ət məhsulları, digər məhsullar oğurlanaraq əşya anbarında gizlədilirmiş və oradan da kənara çıxarılıb satılırmış. Müdafiə Nazirliyinin komissiyasında təmsil olunan şəxslər oğurluq halını öz gözləri ilə müşahidə ediblər.

Nəticədə hərbi hissənin ərzaq anbarı rəisi gizir Rəsulov cəzalandırılaraq başqa hərbi hissəyə aşağı vəzifəyə keçirilib.

Gizir Rəsulovun Bərdə korpusunun qərargah rəisinin qardaşı olduğu bildirilir.

musavat.com

  • Yazılıb
  • da (də) 2012 Aug 27