Mehmanpərəst: Ümidvarıq Azərbaycan Tehran sammitində ən yüksək səviyyədə iştirak etsin
/Aran Agentliyi
Mehmanpərəst: Ümidvarıq Azərbaycan Tehran sammitində ən yüksək səviyyədə iştirak etsin
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Beynəlxalq Səhər Kanalı müxbirinin Azərbaycan Respublikasının Qoşulmayanlar Hərəkatının Tehranda keçirilən 16-cı zirvə toplantısında iştirakının qətiləşməsi və İran ilə Azərbaycan Respublikası arasında mövcud olan məsələlərin araşdırılması haqdakı sualının cavabında İranın xarici işlər nazirinin Asiya məsələləri üzrə müavini Abbas Əraqçinin Bakıya olan səfərinə və Azərbaycan Respublikası rəsmiləri ilə müzakirə aparımasına habelə, medialar tərəfindən səsləndirilən qaranlıq məqamlara aydınlığın gətirilməsinə işarə edərək, deyib: "Ümidvarıq Azərbaycan Respublikası Qoşulmayanlar Hərəkatının Tehran sammitində ən yüksək səviyyədə iştirakının şahidi olaq. Azərbaycan Respublikası Qoşulmayanlar Hərəkatının üzvü olaraq, bu iclasda iştirak edəcək. Azərbaycan Respublikasının işçi qrupu hazırda Tehrandadır. Xarici işlər nazirləri iclasında da Azərbaycan Respublikasının xarici işlər naziri iştirak edəcək. Qərb mediaları tərəfindən şişirdilən bəzi məsələlər və şayiələr isə həqiqətdə bəzi ölkələrin və regiondakı qanunsuz rejimlərin region ölkələri arasındakı yaxın münasibətlərlə müxalif olmaları və bu ölkələr arasında ixtilaf törətməyə səy göstərmələrini bəyan edən məsələlərdir. Bu kimi cərəyanlar tərəfindən gələn təhdidlər bütün ölkələr üçün aydın olan bir məsələdir. Amma, son zamanlar İran və Azərbaycan Respublikası rəsmiləri arasında aparılan danışıqlar habelə, cənab Əraqçinin Bakıya səfər etməsi və bu səfər zamanı baş tutan müzakirələrin müsbət atmosferdə keçirilməsi ilə medialar tərəfindən qaranlıq məqam kimi təqdim edilən bir çox məsələlərə aydınlıq gətirilib və anlaşılmazlıqlar öz həllini tapmaqdadır. Ümidvarıq bundan sonra iki ölkə arasındakı münasibətlərin daim çiçəklənməkdə olmasının şahidi olaq."
Beynəlxalq Səhər Kanalının müxbiri ilə müsahibədə Ramin Mehmanpərəst həmçinin Qoşulmayanlar Hərəkatının 16-cı sammitinin Tehranda keçirilməsini və İranın bu hərəkata 3 illik sədrlik dövrünün başlanmasını Qərbin iddialarına tutarlı cavab adlandırıb və Tehran sammitində 2 kral, 27 prezident, 8 baş nazir, 6 xüsusi nümayəndə, 25 xarici işlər nazirinin iştirakının qətiləşdiyini bildirib.
R.Mehmanpərəst həmçinin iclasın ilk 2 günündə sammitin 688 səhifəlik yekun sənədinin imzalanmasından xəbər verərək, deyib: Bu sənədlərlə yanaşı Fələstin məsələsi ilə bağlı bir bəyanat da mövcuddur ki, müstəqil komitə tərəfindən qəbul olunacaq.