Tarix : 2012 Aug 27
Kod 32323

Axundzadə Qoşulmayanlar Hərəkatının sammiti haqda açıqlama verdi

Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin Yüksək Səviyyəli Ekspertlərinin ikigünlük iclaslarının son çatmasından sonra Qoşulmama Hərəkatına ...
/Aran Agentliyi

Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin Yüksək Səviyyəli Ekspertlərinin ikigünlük iclaslarının son çatmasından sonra Qoşulmama Hərəkatına üzv Ölkələrin 16-cı Zirvə Toplantısının Yüksək Səviyyəli Ekspertlərinin İclaslarının sədri Məhəmməd Mehdi Axundzadə media mənsubları arasına gəlib və hazırlanmış sənədin ilkin mətnində ortaya atılan bəndlərdən xəbər verib.

İranın xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini və Qoşulmama Hərəkatına üzv Ölkələrin 16-cı Zirvə Toplantısının Yüksək Səviyyəli Ekspertlərinin İclaslarının sədri Məhəmməd Mehdi Axundzadə yerli və xarici media mənsubları toplusunda mətbuat konfransı təşkil edərək, Qoşulmama Hərəkatına üzv ölkələrin yüksək səviyyəli ekspertləri, xarici işlər nazirləri və prezidentlərinin sülhün qorunması, qarşılıqlı hörmətə əsasən olan dostcasına əlaqələrin yaradılması habelə bütün ərsələrdə əməkdaşlıqların artırılmasına əsas təkidlərinin olduğunu bildirib.

İran İslam Respublikasının nüvə silahları ilə mübarizə öncüllərindən olduğunu bildirən Axundzadə sonra deyib:" Bu ikigünlük iclasda iştirak edən yüksək səviyyəli ekspertlər Qoşulmama Hərəkatının Zirvə Toplantısının Yekun Qətnaməsinin birinci bəndlərində nüvə silahlarının məhv edilməsi üçün mükəmməl bir zaman cədvəlində ibarət olan Nüvə Silahları ilə Mübarizə Konvensiyasının imzalanması məqsədilə müzakirələrin dərhal başlanması zərurətinə təkid ediblər.

Yüksək Səviyyəli Ekspertlərin Yekun Sənədində hərəkata üzv ölkələrin nüvə tərki-silahının irəlilədilməsi uğrunda səyləri müsbət qarşılanıb.  Qoşulmayanlar Hərəkatına üzv Ölkələrin Yüksək Səviyyəli Ekspertləri həmçinin tərki-silah habelə nüvə silahlarının yayılmasına qadağa istiqamətində iki beynəlxalq iclas keçirdiyinə görə İran İslam Respublikasına öz təşəkkürlərini bildiriblər.

İran İslam Respublikası 2010 və 2011-ci illərdə tərki-silah həmçinin " Nüvə enerjisi hamı üçün, Nüvə silahı heç kim üçün" şüarı ilə nüvə silahlarının yayılmasının qarşısının alınması məqsədilə iki konfrans keçirdi.

Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Ekspertlərinin hazırladıqları yekun sənəddə həmçinin ötən 50 ildə hərəkatın imperializm, yeni müstəmləkəçilik, irqçilik, xaricilərin təcavüzkarlıqlarının və işğalçılıqlarının  bütün formaları ilə mübarizə həmçinin bu hərəkatı hərbi koalisiyalardan uzaq saxlamaq haqdakı hərəkətlər üzrə nailiyyətlərinə işarə edilib.

  • Yazılıb
  • da (də) 2012 Aug 27