Tarix : 2012 Aug 28
Kod 32342

Qoşulmayanlar Hərəkatının Xİ nazirləri iclasına sədrlik İrana təhvil verildi

Qoşulmayanlar Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri iclasına sədrlik İrana təhvil verildi
/Aran Agentliyi

Qoşulmayanlar Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri iclasına sədrlik İrana təhvil verildi.

Qoşulmayanlar Hərəkatının xarici işlər nazirləri iclası bu gün Tehranda işə başlayıb.

Bu iclas üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə bir qədər öncə Tehranda öz işinə start verib.

Misirin xarici işlər nazirinin müavini Rəmzi İzəddin bu gün səhər Qoşulmayanlar Hərəkatının 16-cı sammitinin xarici işlər nazirləri iclasında iclasa sədrliyi İranın xarici işlər naziri Əli Əkbər Salehiyə təhvil verib.

Qoşulmayanlar Hərəkatının xarici işlər nazirləri iclası 2 gün davam edəcək.

Qoşulmayanlar Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri Tehran sammitinin yekun sənədinin ilkin mətni haqda fikir mübadiləsi aparacaqlar.

Qoşulmayanlar Hərəkatına üzv ölkələrin 16-cı zirvə toplantısı Avqustun 30-u və 31-də Tehranda keçiriləcək.

  • Yazılıb
  • da (də) 2012 Aug 28