Tarix : 2012 Aug 28
Kod 32344

Qoşulmayanlar Hərəkatının Avropa Ofisi Azərbaycan Respublikasında ola bilər

Qoşulmayanlar Hərəkatının xarici işlər nazirləri iclasında üzv ölkələrin işçi qrupları iclasının sədri Mehdi Axundzadə sədrlik etdiyi iclasla bağlı hesabat təqdim edib
/Aran Agentliyi

Qoşulmayanlar Hərəkatının xarici işlər nazirləri iclasında üzv ölkələrin işçi qrupları iclasının sədri Mehdi Axundzadə sədrlik etdiyi iclasla bağlı hesabat təqdim edib.

Qoşulmayanlar Hərəkatına üzv ölkələrin işçi qrupları iclasının sədri Mehdi Axundzadə İndoneziyanın Bali adasında bu hərəkata üzvlükləri qəbul olunan və Qoşulmayanlar Hərəkatının xarici işlər nazirləri iclasında ilk dəfə olaraq iştirak edən Azərbaycan Respublikası və Ficiyə “Xoş Gəlmişsiniz!” deyib.

Daha sonra Axundzadə deyib: İşçi qrupları iclasında qərara alındı ki, hərəkat iki komitəyə-Siyasi Komitə və İqtisadi-İctimai Komitəyə malik olsun.

M.Axundzadə daha sonra belə əlavə etdi: Ofislərin təsis edilməsi üçün ölkələrin seçilməsi zamanı belə tövsiyə olundu ki, ölkələrin namizədliyi irəli sürülsün. Və ola bilsin ki, hərəkatın Avropa ofisi Azərbaycan Respublikasında təsis edilsin.

Həmçinin, hərəkata yeni üzvlərin habelə, müşahidəçi qismində ölkələrin və beynəlxalq hərəkatların qəbul edilməsi məsələsi də öz təsdiqini tapdı.

  • Yazılıb
  • da (də) 2012 Aug 28