/Aran Agentliyi
Ey bürünən hicabına başdan-başa, Heyran etdi aləmi səndə olan qeyrət, xanım.
Ey bürünən hicabına başdan-başa,
Heyran etdi aləmi səndə olan qeyrət, xanım.
Özgələri çəkmiş önə geyimiylə surətlərin,
Sən etdin libasınla nümayişi ismət, xanım.
Kimsə qazandı çılpaqkən saxta ehtiram,
Örtük ilə əldə etdin həqiqi hörmət, xanım.
Hicabınla qorundun kənar nəzərlərdən,
İsmətinlə yaratdın ailədə ülfət, xanım.
Cəmiyyət şəhvət əsir etdi qız-qadını,
Sən azad oldun, göstərdin cürət, xanım.
Tanrı lütf etdi, verdi sənə naz-neməti,
Qədrin bildin əmanətin, gizlətdin zinət, xanım.
Rəbbidən gəldi nida, Quranda eylərkən bəyan,
Əmri gətdin başın üstünə, etdin itaət, xanım.
Bilmək istəsən əgər nədir ki, ”kamil hicab”,
Nümunə Fatimə Zəhra (s.ə) - et buna diqqət, xanım.
Azər Quliyev/deyerler