Liviyada sionist nökərləri - təkfirçilər 26 avqust 2012 tarixində növbəti cinayətə əl ataraq, müqəddəs “Bəqi'' qəbiristanlığının dağıtdıqlarının ildönümündə ...
/Aran Agentliyi
Liviyada sionist nökərləri - təkfirçilər 26 avqust 2012 tarixində növbəti cinayətə əl ataraq, müqəddəs “Bəqi" qəbiristanlığının dağıtdıqlarının ildönümündə İmam Həsənin (ə) nəvələrindən olan Əbdul Səlam əl-Əsmərin pak hərəmini viran ediblər.
İslam dünyasını vəhşiliyi ilə təaccübləndirən təkfirçilər 30 nəfər Əhli-beyt (ə) davamçısı şəhadətə yetirilmiş, daha 212Əhli-beyt (ə) davamçısına isə ağır dərəcəli bədən xəsarəti yetirmişlər.
Əbdul Səlam əl-Əsmər 800 il bundan qabaq Liviyaya köç etmiş və vəfat etdiydən sonra mübarək qəbri bütün müsəlmanların ziyarətgahına çevrilmişdir.
Əbdul Səlam əl-Əsmərin pak hərəmi Liviyanın paytaxdı Tripolidən 160 km kənarda Zəliten şəhərində yerləşir.
Xatırladaq ki, təkfirçi "şeyx"lərin dəfələrlə verdiyləri şeytani fətvalara əsasən, avqustun 25-də terrorçular Əbdul Səlam əl-Əsmərin pak hərəmin viran edərək, Həzrətin qəbrinə hörmətsizliklər etmişlər. Bununla yanaşı, paytaxt Tripolidə mövcud olan onlarla pirləri də dağıdaraq qəbirləri açmışlar...
Qeyd edək ki, təkfirçilər Liviyanın ən böyük kitabxanası sayılan, hərəmin kənarında yerləşən qədimi kitabxananı da viran etmiş və orada olan qədimi əlyazma Əhli-beyt (ə) yoluna aid kitabları, tarixi əsərləri, müxtəlif tarixi sənədləri yandıraraq kül etmişlər.
Allah sionistlərin və onların muzduru olanların cəzasını versin. Amin! (abna)