Tarix : 2012 Aug 28
Kod 32349

Azərbaycan dövləti Suriya terrorçularına 500 min avro yardım edir

Türk mənbələri: Azərbaycan dövləti Ankaranın təklifinə cavab olaraq Suriya terrorçularına 500 min avro yardım etməyə razılıq verdi
/Aran Agentliyi

Türk mənbələri: Azərbaycan dövləti Ankaranın təklifinə cavab olaraq Suriya terrorçularına 500 min avro yardım etməyə razılıq verdi.

“AranNews”-in Türkiyə mənbələrinə istinadla verdiyi məlumatına əsasən, Suriya ermənilərinin işğal edilmiş Qarabağ torpaqlarına köçürülməsinin qarşısını almaq məqsədilə Türkiyə rəsmiləri Azərbaycan dövlətini inandırıblar ki, bu planın qarşısını almaq üçün Bakının Bəşər Əsədin müxaliflərini dəstəkləməsi zəruridir. Türkiyə mənbələrinə əsasən, Bakı ilk mərhələdə Suriya müxaliflərinə 500 min avro verməsinə razılıq verib və bu məbləğin Türkiyə vasitəsilə müxaliflərə çatdırılması qərarlaşıb. Lakin, Bakı terrorçulara yardımda iştirak etməyin məxfi qalmasını şərt edib.

Qeyd edək ki, son həftələrdə Bakı mediası Ermənistan dövlətinin himayəsi ilə Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsini iddia edir.

Bir müddət əvvəl Ərəbistanda Ali-səud ailəsi və Qətər hakimi Suriya terrorçularına maddi yardım etdiklərini açıqlamışdılar.

  • Yazılıb
  • da (də) 2012 Aug 28