Suriyada minlərlə müsəlmanın bir-birini öldürdüyünü söyləyən Kılıçdaroğlu daha sonra belə danışıb: “Silahı kim verir?
/Aran Agentliyi
Suriyada minlərlə müsəlmanın bir-birini öldürdüyünü söyləyən Kılıçdaroğlu daha sonra belə danışıb: “Silahı kim verir?
HaqqYolu - Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu Hataya gedən CHP millət vəkilləri Hurşit Günəş və Süleyman Çələbinin suriyalı mühacirlərin qaldığı çadır şəhərciyinə girişinə icazə verilməməsinə fikir bildirərkən söyləyib.
Kılıçdaroğlu, “mən vəkillərimi göndərirəm. Vətəndaşlar narahatdır, agentlər əlini-qolunu sallayıb gəzir. “Gedin bir baxın”, – deyirəm. Hökumət isə, “bu düşərgəyə girə bilməzsiniz”, – söyləyir. Niyə girə bilmirik”, – deyə sual edib.
Suriyada minlərlə müsəlmanın bir-birini öldürdüyünü söyləyən Kılıçdaroğlu daha sonra belə danışıb: “Silahı kim verir? Dünən millət vəkillərimiz bir düşərgəni ziyarət etmək istədilər. Türkiyə Cümhuriyyəti torpağından danışıram mən. Millət vəkillərimizə deyirlər ki, “siz bu düşərgəyə girə bilməzsiniz”. Niyə girə bilmirik? Ora ABŞ bazasıdırmı? Xeyr. Demək, o düşərgədə qanuni işlər yoxdur. Mən CHP başçısı olaraq Türkiyənin hər qarışına gedirəm. Hər yerinə gedirəm, istər terror olsun, istər başqa bir şey… Bir müddət, “siz Sivasın kənarından keçə bilməzsiniz”, – deyirdilər. Biz Sivasa deyil, dünyanın hər yerinə gedərik.
Öz torpaqlarımıza da gedərik. Millət vəkillərimi göndərirəm, icazə vermirlər. Niyə icazə vermirsiniz? İndi mən cavab gözləyirəm. O düşərgədə nə var? O düşərgədə kimləri öyrədirsiniz siz? O düşərgədə müsəlman qanı tökülsün deyə, adammı yetişdirirsiniz siz? Qərbin suveren gücləri sizin kürəyinizi sığallayır. Nə zamandan bəri milli Qurtuluş Müharibəsi aparan bir ölkənin rəhbərliyi Qərbin suveren güclərinin Orta Şərqdəki əlaltılığını edir? Biz əlaltı deyilik.
Artıq öz göbəyimizi özümüz kəsməliyik. Müsəlman qanı axıdılacaq, biz onun vasitəçiliyini edəcəyik. Buna icazə verəcəyikmi? Verməyəcəyiksə, ünvan müəyyəndir, yeni ünvan CHP-dir. Köhnə Ana Vətən, Doğru Yol kimi partiyalardan üz döndərib, ötən seçkilərdə sabitlik pozulmasın deyə gedib AKP-yə səs verənləri CHP çətiri altında gözləyirəm. Şərəfli Türkiyəni ayağa qaldırmaq üçün sizi gözləyirəm.”(islaminsesi)