Tarix : 2012 Aug 29
Kod 32360

AİP Lənkəranda toplantı keçirdi

Azərbaycan İslam Partiyası (AİP) Lənkəran Rayon Komitəsinin toplantısı keçirilib
/Aran Agentliyi

Azərbaycan İslam Partiyası (AİP) Lənkəran Rayon Komitəsinin toplantısı keçirilib

HaqqYolu - Azərbaycan İslam Partiyası (AİP) Lənkəran Rayon Komitəsinin toplantısı keçirilib

Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, Lənkəran Rayon Komitəsinin sədri İlham Mustafaoğlu komitənin fəaliyyətindən söz açaraq bildirib ki, təşkilatımızın səyi nəticəsində şəhərdəki cümə olan məscidinin ərazisində qanunsuz tikintinin qarşısı alınıb. Komitənin təşkilatçılığı ilə Lənkəranda hicab şəhidi hacı Vaqif Abdullayevin 7 mərasimi qeyd edilib və hacının Bakı şəhərində qeyd edilən 40 məclisində çox saylı üzvlərimizlə ilə yaxından iştirak etmişik.

Rayon komitəsində təşkil olunan ümumi yığıncağın qərarı və geniş fikir mübadiləsi, müzakirəsi ilə qurumun gənclər təşkilatı yaradılıb. Yeni sədr və müavin təsdiq edilib. Şükürlər olsun qadınlar şurası fəallığını daha da gücləndirib, deyə komitə sədri bildirib.

Toplantıda gənclər təşkilatının yeni sədri Elnir Şükürov və təşkilati məsələlər üzrə müavin Zöhrab Qasımov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.(faktxeber)

  • Yazılıb
  • da (də) 2012 Aug 29