Tarix : 2012 Aug 29
Kod 32361

Balaca Hacı Vaqif dünyaya gəldi

Dünyaya göz açmış balaca Vaqifin adı, mərhum babasının vəsiyəti ilə bağlıdır
/Aran Agentliyi

Dünyaya göz açmış balaca Vaqifin adı, mərhum babasının vəsiyəti ilə bağlıdır

HaqqYolu - Dünyaya göz açmış balaca Vaqifin adı, mərhum babasının vəsiyəti ilə bağlıdır

Azərbaycanda ilk hicab şəhidi sayılan Hacı Vaqif Abdullayevin adını daşıyacaq nəvəsi dünyaya gəlib. Bu barədə FaktXeber.com-a mərhumun ailə üzvləri məlumat verib. Bu gün dünyaya gələn körpəyə valideynləri tərəfindən babasının adı qoyulub. Dünyaya göz açmış balaca Vaqifin adı, mərhum babasının vəsiyəti ilə bağlıdır.

Qeyd edək ki, Vaqif Abdullayev ölümündən bir ay öncə ailəsi ilə son görüşündə hər şeyi bilirmiş kimi uşağın adının Vaqif qoyulmasını onlardan istəyibmiş.

Məlumat üçün bildirək ki, Vaqif Abdullayev 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Daha sonra barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 228.3 və 278-ci maddələri üzrə istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin 7 oktyabr 2011– ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apellyasiya şikayəti təmin olunmayıb. AİP-in həbsdə olan sədr müavini Vaqif Abdullayev bu il iyul ayının 12-də dünyasını dəyişib.(faktxeber)

  • Yazılıb
  • da (də) 2012 Aug 29