/Aran Agentliyi
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib
HaqqYolu - Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, Maştağa qəsəbəsində yaşayan, 1959-cu il təvəllüdlü İsmayılova Zərifə Musa qızı avqustun 28-də üzərinə benzin tökərək, özünü yandırıb. Nəticədə Z. İsmayılova ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin (qəsdən özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. (apa)