Tarix : 2012 Aug 29
Kod 32363

Zülfüqarlıların zavodu möhürləndi

Keşlə qəsəbəsində Zülfüqarlıların zavodu ilə bağlı bir neçə gündür davam edən qarşıdurma başa çatıb
/Aran Agentliyi

Keşlə qəsəbəsində Zülfüqarlıların zavodu ilə bağlı bir neçə gündür davam edən qarşıdurma başa çatıb

HaqqYolu - Keşlə qəsəbəsində Zülfüqarlıların zavodu ilə bağlı bir neçə gündür davam edən qarşıdurma başa çatıb.

Bu barədə  məlumat verən Hüquq Müdafiəçisi Eynulla Fətullayev bildirib ki, dünən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Zülfüqarov qardaşlarının zavodunu möhürləyib:

“Bu gün saat 14:30 radələrində Keşlə qəsəbəsində Zülfüqarov qardaşlarının vəkili Aslan İsmayılov, Azərbaycan ictimaiyyəti, jurnalistlər, Qeyri Hökumət Təşkilatları (QHT), sahibkarlar etiraz aksiyası təşkil edəcəklər. Bundan başqa Bank MMC və Zülfüqarovların zavoduna aid olan məkan da bağlanıb, zavodun direktoru isə tutulub. Bu bir növ mülkiyyətin müdafiəsi məsələsinə çevrilib və bütün sahibkarlar bu işə səfərbər olub”. ( qafqazinfo)

  • Yazılıb
  • da (də) 2012 Aug 29