Tarix : 2012 Aug 30
Kod 32375

Vəhdət yaratmaq böyük insanların müqəddəs missiyasıdır

Hamılıqla Allahın ipinə sarılın və parçalanmayın
/Aran Agentliyi

Vahid və vəhdət yaradan Allahın adı ilə

 

“Vəhdət yaratmaq böyük insanların müqəddəs missiyasıdır.”

 

“Hamılıqla Allahın ipinə sarılın və parçalanmayın!” (Quran, 3/103)

Şübhəsiz, İslam cəmiyyətləri və məmləkətlərinin fövqəladə ehtiyaclarından biri qiymətli kimiya və ilahi iksir olan vəhdətdir. İttifaq və həmrəylik yaratmaq möminlərin taleyinə can yandıran hər bir müsəlmanın əsas vəzifələrindəndir. Müsəlmanın cəmiyyətdə məsuliyyət və rolu yüksək və mühüm olduqca Allah və dindarların bu şəxsdən vəhdət yolunda intizarları da çoxalır.

Doğrudur ki, vəhdət üçün lazım olan müqəddimə nəzəri əsasları dərindən dərk etmək, onun müsəlmanların mövqeyinə və inkişafına fövqəladə təsirini anlmaqdır (təəssüf ki, bəzi insanlarda bu düşüncə kamil şəkildə müşahidə olunmur). Amma vəhdət zərurətini dərk etməkdən də mühümü vəhdət yaratmaq üçün addım atılmasıdır.

Bu prinsipə ilahi kəlamlarda məsum İmamların səmavi buyuruqlarında, İmamlar və müasir İslam dünyası rəhbərlərinin sözlərində kifayət qədər yer verilmişdir. Nə üçün? Çünki Allah-Taala və Onun haqq canişinləri müsəlmanların səadət və müvəffəqiyyət rəmzini vəhdətdə görür. Nə gözəl olar ki, İslam məmləkətlərində bu əzəmətli və mənəvi vəhdəti müşahidə edək. Vəhdətin ziddi təfriqədir. Bu, Əsrin İmamının (əc) qəlbini ağrıdan, ona qəm gətirən şeytan işidir. Təfriqə şeytana meydan açan, dini birliyi pozan, qardaşların qəlbini bir-birindən uzaqlaşdıran, insanın təlaşlarından bərəkəti götürən, fəaliyyətlərin təsirini azaldan, nəhayət Allahın qəzəbinə, şeytanın razılığana səbəb olan düşüncəsiz addımdır. Bu addım müsəlmanların parçalanmasına səbəb ola bilər. Düşmən əvəzinə din qardaşının üzərinə gedən hər bir müsəlman bilməlidir ki, ən azı siyasi düşüncədən məhrumdur. Digər tərəfdən o bu addımı ilə şeytanın əmrini yerinə yetirir. Allah bizi birliyə çağırır, iblis isə təfriqəyə həvəsləndirir.

“ parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır”.(quran,3/105)

HZ peygəmbər(s) : təfriqə salmayin ,  sizlərdən  əvvəl olan insanlar varidılar  ixtilaf saldilar  və məhv oldilar .( mizanul-hikmə 4834)

 

Mən müsəlman azəri olaraq gözəl vəhdət səhnəsi yaratmaq üçün təlaş göstərən həqiqi mömin insanlara səmimi qəlbdən salam söyləyirəm. Onların nəzərinə çatdırıram ki, Allahın, pak məsumlar və haqq canişinlərin razılığını əldə edəcəklərinə şübhə etməsinlər. Allahın salam və salavatı olsun siz həqiqi din yardımçılarına. Peyğəmbər (s) və övliyaların salamı olsun məzlum müsəlmanlar və zülmə düçar olmuş ailələri himayə edən sizlərə!

Münasib olar ki, bütün müsəlmanlardan, xüsusilə İslam cəmiyyətinin tanınmış şəxslərindən böyük rəhbərlik məqamının istəyi vəhdət və birlikdir. Bu onun göstərişidir. Vəhdət vilayət əmrlərinə tabeçilikdə meyarlardandır. Vəhdətin üç mühüm əsası var:

 

1.Vəhdət yaratmaq üçün ilahi əmrləri dəqiq bilmək;

2.Vəhdətə əməl etmək və müsəlmanlar arasında vəhdət yaratmaq;

3.Əvvəlki iki əsasdan daha mühüm ola biləcək vəhdətin qorunması.

Mükafatınız Allahın razılığı və əbədi behişt olsun!

Doktor Ərdəbili

  • Yazılıb
  • da (də) 2012 Aug 30