Tarix : 2012 Aug 31
Kod 32385

Masallıda dindarlar təhdid olunur

50 nəfərə yaxın polisin və mülki geyimli şəxslərin iştirak etdiyi dəstə isə Rza Ağalının yaşadığı evə basqın edərək axtarış aparmışdır
/Aran Agentliyi

Quran dərsi demək bəhanəsi ilə hədələnən Rza Ağalı onun Masallıda şərlənərək həbs olunmuş Ruhani Fəramiz Abbasovun üzünə duran polis nəfəri Nazim Əkbərov tərəfindən zor tətbiq edilərək döyüldüyünü bildirmişdir

50nəfərə yaxın polisin və mülki geyimli şəxslərin iştirak etdiyi dəstə isə Rza Ağalının yaşadığı evə basqın edərək axtarış aparmışdır.

Dünən Masallı şəhər sakini Rza Ağalı saat 15:00 radələrində polis tərəfindən saxlanılaraq Rayon polis idarəsinə aparılmışdır.

50nəfərə yaxın polisin və mülki geyimli şəxslərin iştirak etdiyi dəstə isə Rza Ağalının yaşadığı evə basqın edərək axtarış aparmışdır.

Polis idarəsində zorakılıqla qarşılaşan R.Ağalı Quran dərsi dediyi, Masallı rayonunda küçələrə yazılmış Hicaba Azadlıq şüarları və Qüds günü İsrail-Ermənistan bayraqlarının yandırılması ilə əlaqədar sorğu-sual edilmişdir.

R. Ağalı küçələrə yazılan şüarların yazılmasından xəbərsiz olduğunu və bunun dindarlara qarşı kimlər tərəfindənsə törədilən bir təxribat olduğunu bildirmişdir.

Quran dərsi demək bəhanəsi ilə hədələnən Rza Ağalı onun Masallıda şərlənərək həbs olunmuş Ruhani Fəramiz Abbasovun üzünə duran polis nəfəri Nazim Əkbərov tərəfindən zor tətbiq edilərək döyüldüyünü bildirmişdir.

Polisin ən çox narahatçılığı isə Ermənistan bayrağının nə üçün yandırılması olmuşdur.

Özlərini nazirlik işçisi kimi təqdim edən polislər isə Rza Ağalıya onu, Xeber44.com saytının işçiləri Araz Quliyevi və Mirələm Həşimovu da tezliklə həbs edəcəkləri ilə hədələmişlər.

R. Ağalı izahatı alındıqdan sonra saat 19:00 radələrində sərbəst buraxılmışdır.

Saytımıza telefonlarının da polisdə qaldığını deyən Rza Ağalı polisdən ona “səni 3 günlük sərbəst buraxırıq” açıqlamasını vermişdir.(xeber44)

  • Yazılıb
  • da (də) 2012 Aug 31