Quba hadisələri göstərdi ki, hakimiyyətin təyin etdiyi məmurların səviyyəsi, düşüncə tərzi, təfəkkürü və məsələlərə yanaşması nə qədər acınacaqlı durumdadır
/Aran Agentliyi
“Quba hadisələri göstərdi ki, hakimiyyətin təyin etdiyi məmurların səviyyəsi, düşüncə tərzi, təfəkkürü və məsələlərə yanaşması nə qədər acınacaqlı durumdadır"
Həmin məmurlar xalqın hakimiyyətə qarşı etirazının artmasına xidmət edir.” Bu sözləri AİP-in sədr müavini Rövşən Əhmədli Qubanın keçmiş icra başçısı Rauf Həbibovun istintaq ifadə verərkən “mən torpağını satmış qubalılar deyərkən AİP-in Quba sakinlərindən olan üzvlərini nəzərdə tutmuşam ”,- dediyi fikrə münasibət bildirərkən söyləyib. AİP funksioneri onu da qeyd etdi ki, Quba hadisələrində sonra hamı özünə çıxış yolu axtarır: “Belə bir vəziyyətdə Rauf Həbibov özünü xilas etməkdən ötrü bu cür ifadələr səsləndirir. Rauf Həbibovun AİP-i nəzərdə tutması onun nə qədər yanlış yoda olmasını bir daha sübut etdi. Hər iki halda Rauf Həbibov kimlərisə təhqir edib. Məgər AİP-in üzvləri Azərbaycan vətəndaşları deyil. Onları təhqir etmək olar amma qubalıları yox. Hər iki halda Rauf Həbibov ona tapşırılan vəzifəyə heç bir halda uyğun olmayan şəxs olduğunu sübut edir. ”( islaminsesi)