Azərbaycan Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatının Tehran Sammitində etdiyi çıxışında hərəkatın böyük olduğuna görə müzakirələr üçün əlverişli məkan olduğunu bildirib
/Aran Agentliyi
Azərbaycan Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatının Tehran Sammitində etdiyi çıxışında hərəkatın böyük olduğuna görə müzakirələr üçün əlverişli məkan olduğunu bildirib.
Elmar Məmmədyarov Tehran Sammitində çıxışı zamanı Qoşulmama Hərəkatının dövrü sədrliyini öz üzərinə götürdüyünə görə İranı təbrik edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Fələstin xalqının problemlərinin xüsusi ilə Qəzzə Zolağındakı məsələlərin hələ həll olunmadığını xatırladaraq, Rəsmi Bakının bu problemlərin həlli istiqamətində göstərilən səyləri dəstəklədiyini bildirib.
Məmmədyarov deyib:" Qoşulmama Hərəkatına üzv ölkələr, onların geniş potensiallara malik olduqlarını nəzərə alaraq, Fələstin xalqının problemlərini həll etməyə qadirdirlər".