Tarix : 2012 Aug 31
Kod 32390

Hilal Məmmədovun şikayəti təmin edilmədi

Həbs olunan zaman işgəncəyə və qeyri-insani rəftara məruz qaldığını bildirən “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun ...
/Aran Agentliyi

Həbs olunan zaman işgəncəyə və qeyri-insani rəftara məruz qaldığını bildirən “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun şikayətinə avqustun 29-da Nəsimi Rayon Məhkəməsində baxılıb. Ancaq şikayət təmin edilməyib.

Vəkil Yalçın İmanov Nəsimi Rayon Məhkəməsindəki prosesin normal məhkəmə araşdırması olmadığını deyib.

“Tolişi sədo” qəzetinin baş redaktorunun  vəkili deyib : “Prosesdə məhkəmənin açıq, yoxsa qapalı keçirilməsi ilə bağlı mübahisə yarandı. Əslində məhkəmə açıq keçirilməli idi. Çox insan gəlmişdi məhkəməyə. Hakim gələnlərin iştirakı olmadan prosesin keçirilməsini qərara aldı. Absurd həm də ondan ibarətdir ki, işə məhkəmə binasının zirzəmisində olan bir iclas zalında baxıldı.”

 

 

  • Yazılıb
  • da (də) 2012 Aug 31