Tarix : 2012 Aug 31
Kod 32391

Azərbaycanda vahid məktəbli forması qalmaqalı bitmir

Azərbaycan Respublikası məktəblərində hicab qadağasına gətirib çıxaran və nəticədə siyasi böhran yaradan məktəbli forması bu dəfə səhiyyə və digər problem yaratdığına görə dillərə düşüb
/Aran Agentliyi

Azərbaycan Respublikası məktəblərində hicab qadağasına  gətirib çıxaran və nəticədə siyasi böhran yaradan məktəbli forması bu dəfə səhiyyə və digər problem yaratdığına görə dillərə düşüb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, paytaxtın Binəqədi rayonunda, Baksol, 1 ünvanında fəaliyyət göstərən “Bakı Tekstil Fabriki” MMC-də sertifikatlaşdırılmamış məhsullar istehsal edir, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib, eyni zamanda normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq məktəbli forması istehsal olunur.

Müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib.

Aşkar olunmuş bu və digər nöqsanlara görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib.

  • Yazılıb
  • da (də) 2012 Aug 31