Avqustun 31-də Sabunçu Rayon Məhkəməsi dindar, ictimai fəal Mehdi Şamillinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb
/Aran Agentliyi
Avqustun 31-də Sabunçu Rayon Məhkəməsi dindar, ictimai fəal Mehdi Şamillinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb
HaqqYolu - Avqustun 31-də Sabunçu Rayon Məhkəməsi dindar, ictimai fəal Mehdi Şamillinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Vəkil Cavad Cavadov deyib ki, məhkəmə vəsatəti təmin etməyib: “Prosesdə Mehdi Şamillinin həbsinin qanunsuz və sifarişli olduğunu bildirdim. Qeyd etdim ki, onun ev dustaqlığına buraxılması istintaqa mane olmur.
Mehdi Şamilli də çıxış etdi. O qeyd etdi ki, ömründə heç vaxt siqaret çəkməyib. Dedi ki, avqustun 6-da sahə müvəkkili zəng edib onu küçəyə çağırıb, avtomobilə əyləşdirib bölməyə aparıblar, döyüblər. Daha sonra Mehdi Şamilli dedi: “Orada guya üstümdən narkotik tapdılar və bunu rəsmiləşdirdilər. Bu, çox gülməli ssenaridir. İndi heç vaxt siqaret çəkməyən adamların narkotik saxlamaq ittihamı ilə həbs olunması tendensiyası geniş yayılıb. Allahdan qorxmurlar”.
Mehdi Şamilli bildirdi ki, özünün səhhətində problemlər var, anası da ağır xəstədir, ev dustaqlığına buraxılması istintaqa mane olmayacaq. Müstəntiq isə Mehdi Şamillinin ev dustaqlığına buraxılmasına etiraz etdi və hakim həbs qərarını qüvvədə saxladı”.
Hacı Mehdi Şamilli avqustun 6-də Bakının Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Mehdi Şamillinin üstündən 6,69 qram marixuana çıxdığı iddia olunur.(mediaforum)