Hazırda dövlət başçısı xarici işlər naziri Edvard Nalbandyan və hökumət üzvüləri ilə məsləhətləşmələr aparır
/Aran Agentliyi
Macarıstanda ömürlük həbs cəzası çəkən Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması və dərhal prezident İlham Əliyev tərəfindən əfv edilməsi Ermənistanda böyük çaşqınlıq yaradıb.
Vətəninfo.az"ın "News.az" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, bu hadisə Macarıstanla ölkəsi arasında ciddi problem yaradacaq: "Hazırda dövlət başçısı xarici işlər naziri Edvard Nalbandyan və hökumət üzvüləri ilə məsləhətləşmələr aparır. Yaxın günlərdə Macarıstandakı səfirimiz də məsləhətləşmələr üçün geri çağrılaq".
O, əlavə edib ki, bütün beynəlxalq hüquq normalarına zidd addımdır. Macarıstanla diplomatik əlaqələr kəsilə bilərmi? sualına O, belə cavab verib: "Bəli, baş verənlər o qədər kobud və hüquq normalarını əzib keçəndir ki, diplomatik əlaqələri kəsə bilərik" /musavat.com/