İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikası vətəndaşları üçün tətbiq edilmiş viza rejimi bu gündən ləğv edilib və Azərbaycan Respublikası vətəndaşları vizasız İrana gəlib-gedəcəklər
/Aran Agentliyi
İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikası vətəndaşları üçün tətbiq edilmiş viza rejimi bu gündən ləğv edilib və Azərbaycan Respublikası vətəndaşları vizasız İrana gəlib-gedəcəklər.
Bu barədə Salamnews-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndərli bildirib.
O deyib: Azərbaycan Respublikası vətəndaşları artıq bu gündən İrana əvvəlki qaydada vizasız gəlib gedə bilərlər.
Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı ilə əlaqədar olaraq 5-31 avqust tarixində Azərbaycan vətəndaşlarının İrana səfər etmələri üçün viza rejimi tətbiq edilmişdi.
İran 2010-cu ildən Azərbaycan Respublikası vətəndaşları üçün birtərəfli qaydada viza rejimini ləğv edib.