Tarix : 2012 Sep 01
Kod 32407

Rəsmi Bakı ABŞ-ın etirazının mahiyyətini dərk etmir!

Azərbaycan Respublikası Prezident Administrasiyası ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin Macarıstanın Ramil ...
/Aran Agentliyi

Azərbaycan Respublikası Prezident Administrasiyası ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin Macarıstanın Ramil Səfərovu Azərbaycana qaytarması və prezidentin sərəncamı ilə əfv olunması barədə narahatlığını  dərk etmədiyini bildirib.

PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası ilə tənzimlənir: “Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər. Konvensiya hətta mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü çıxarılandan sonra təhvil verilməsini də əngəlləmir. Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi proseduruna dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılaşıb”.

F. Ələsgərov R. Səfərovun əfv olunması məsələsinə də aydınlıq gətirib: “Ramil Səfərovun əfv olunması ilə bağlı bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Macarıstan məhkəməsinin çıxardığı hökm yalnız məhkumun hökm çıxarılandan 30 il müddətində vaxtından əvvəl şərti azadlığa buraxılması imkanlarını məhdudlaşdırır. Bu məhdudiyyət məhkumun əfv olunması və ya amnistiyaya salınması imkanlarına aid edilmir.”

  • Yazılıb
  • da (də) 2012 Sep 01