Azərbaycan bizim qonşumuzdur.İki ölkə arasında enerji sahəsində yaxşı əməkdaşlqlarımız var
/Aran Agentliyi
İran İslam Respublikasının neft naziri Rüstəm Qasimi Qoşulmayanlar Hərəkatının 16-cı Sammitinin kənarında Beynəlxalq Səhər Kanalının müxbiri ilə müsahibədə deyib: “Azərbaycan bizim qonşumuzdur.İki ölkə arasında enerji sahəsində yaxşı əməkdaşlqlarımız var.”
Rüstəm Qasimi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdüyünü deyərək, bildirdi: “Azərbaycan Respublikasının xarici işlər naziri ilə müzakirələrimiz oldu. Neft və qaz məhsullarının nəqli sahəsində münasib anlaşmalara nail olduq. Həmçinin, qərara alındı ki, iki ölkə arasındakı müqavilələri yekunlaşdırmaq və digər mövzular haqda müzakirələr həyata keçirmək üçün yaxın gələcəkdə Azərbaycan Respublikasından İrana nümayəndə heyəti səfər etsin"- deyə İran İslam Respublikasının neft naziri vurğulayıb.