Ramil Səfərovun Azərbaycana qayıtması Azərbaycan və Macarıstan arasında olan məsələdir və qanun çərçivəsində həll olunub, beynəlxalq hüququn norma və prinsiplərinə zidd deyil
/Aran Agentliyi
"Ramil Səfərovun Azərbaycana qayıtması Azərbaycan və Macarıstan arasında olan məsələdir və qanun çərçivəsində həll olunub, beynəlxalq hüququn norma və prinsiplərinə zidd deyil".
Trend-in məlumatına görə, bunu brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
"Ermənistan tərəfinin isterikasına gəldikdə isə, Xocalı soyqırımını törədəndə günahsız Azərbaycan əhalisini, yaşlı, qadın və uşaq olmasına baxmayaraq, amansız şəkildə qətlə yetirən qrupa rəhbərlik edən şəxslərdən biri olan Sarkisyanın isterik addımları şou və populizmdən başqa bir şey deyil", - Abdullayev bildirib.
O, bir daha qeyd edib ki, Ramil Səfərov Azərbaycan zabitidir və onun Azərbaycana qayıtması heç bir qanuna zidd deyil.
"Biz Ermənistan rəhbərliyi kimi terrorçulara himayədarlıq etmirik və onlara bəraət qazandırmırıq", - Abdullayev deyib.
Milli.Az