Tarix : 2012 Sep 01
Kod 32412

Qoşulmama Hərəkatının Sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin siyasi davası

Azərbaycanın xarici işlər naziri: ''Ermənistanın xarici işlər nazirinin söhbətləri mənim ikinci dəfə çıxış etməyə icazə istəməyimə səbəb oldu
/Aran Agentliyi

Azərbaycanın xarici işlər naziri: "Ermənistanın xarici işlər nazirinin söhbətləri mənim ikinci dəfə çıxış etməyə icazə istəməyimə səbəb oldu".

AranNews-in xəbər mənbələrinə istinadla verdiyi məlumata əsasən, QH-nın Tehrandakı zirvə toplantısında iştirak edən Ermənistan nümayəndəsi öz çıxışında İran İslam Respublikasının Qoşulmama Hərəkatının iclasına evsahibliyi etməsinə təşəkkürünü bildirərək deyib: "Qoşulmama Hərəkatı xalqların öz talelərini təyin etməsi hüququnu həmişə dəstəkləyib. Bildiyiniz kimi bu qurum BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır". O çıxışının davamında Azərbaycan Respublikasının siyasətlərini tənqid edərək deyib: "Azərbaycan beynəlxalq müqavilələri və müqavilələrdə dərc olunmş prinsipləri tapdalayır, irqçiliyi təbliğ edir". Ermənistanın nümayəndəsi artırıb: "Biz, Qarabağ mövzusunun həllinə çalışırıq, halbuki, Azərbaycan maharibə istəyir və öz hərbi büdcəsini artırmaqdadır. Həqiqətdə bu ölkə Qoşulmama Hərəkatının iqtidarını ayaq altda qoyur".

Ermənistanın xarici işlər nazirinin açıqlamalarının ardınca bu dəfə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Nalbəndiyanın çıxışına etiraz edərək deyib: "Ermənistanın Qoşulmama Hərəkatında müşahidəçi üzv olmaq ləyaqəti yoxdur və Qoşulmama Hərəkatında müşahidəçi bir üzvün bizi problemlə üzləşdirməsini qəbul edə bilmərik. Ermənistanın rəftarı göstərir ki, bu ölkənin QH-nda müşahidəçi üzv olmaq ləyaqəti yoxdur ".

Azərbaycanın xarici işlər naziri deyib: "Ermənistanın xarici işlər nazirinin söhbətləri mənim ikinci dəfə çıxış etməyə icazə istəməyimə səbəb oldu". O, artırıb: "Ermənistan özü hərbi bir ölkədir və müstəqil bir ölkənin milli hakimiyyətini tənqid edir və həqiqətdə bir milyon nəfərə qarşı cinayətə mürtəkib olur".

E. Məmmədyarov xatırladıb: "Ermənistanın xarici işlər nazirinin söhbətləri bizim prinsiplərimizi problemlə üzləşdirməkdir və bu əsasla QH bizim üçün ilham bağışlayan bir mənbə ola bilər və bu əsaslara tabe olmaqla, beynəlxalq prinsipləri izləməklə öz probləmlərimizi həll edə bilərik".

Qeyd edək ki, Azərbaycan və Ermənistanın Qarabağ regionu üstündə ixtilafları vardır və Ermənistan təqribən 20 ildir ki, Azərbaycanın 20% torpaqlarını işğal etmişdir.

  • Yazılıb
  • da (də) 2012 Sep 01