Tarix : 2012 Sep 01
Kod 32415

Hacı Abgül Süleymanov Kürdəxanı təcridxanasına göndərildi

Ruhani günortadan sonra Kürdəxanı istintaq təcridxanasına köçürülüb
/Aran Agentliyi

Ruhani günortadan sonra Kürdəxanı istintaq təcridxanasına köçürülüb.

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu gün (31 avqust) Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il cəza almış ruhani Hacı Abgül Süleymanov Milli Təhlükəsizlik Nazirliyindən Kürdəxanı istintaq təcridxanasına köçürülüb.

Bu barədə ruhaninin vəkili Rüstəm Zülfüqarov İslamazeri.az-a məlumat verib.

Ruhani günortadan sonra Kürdəxanı istintaq təcridxanasına köçürülüb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən artıq apellyasiya şikayəti verilib.

Xatırladaq ki, Hacı Abgül Suleymanov Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.Ruhani cinayət məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddələri ilə təqsirli bilinib.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Sep 01