/Aran Agentliyi
Bu gün Cəlilabad rayon Göytəpə şəhərində şərlənərək həbs olunmuş Ruhani Hacı İlqar Əliyevin məhkəməsi keçirilməlidir. Hacı İlqar Əliyev artıq Kürdəxanı təcridxanasından Cəlilabada gətirilmişdir.
Məhkəmənin saat neçədə keçirilməsi yenədə ictimaiyyətdən gizlədilir. Dövlət tərəfindən İlqar Əliyev üçün təyin olunmuş vəkil də Tağı İbrahimov Hacının yaxınlarına və mətbuata hər hansı bir məlumatı verməkdən yayınır.
Rayon rəhbərliyi məkməkə prosesini izləməyə gələcək dindarların sayının çox olacağından narahatdır.
Cəlilabaddan aldığımız məlumatda bildirilir ki, dindarlar keçən məhkəmə prosesindəki kimi səhər saat 9:00-dan Cəlilabad şəhər məhkəməsi binasının qarşısına toplaşaraq Ruhani İlqar Əliyevə dəstək nümayiş etdirəcəklər.
Xeber44.Com